Aİ Ermənistandan Rusiya ilə viza rejimi tələb edə bilər
Avropa İttifaqının Ermənistandan Rusiya ilə viza rejimi tətbiq etməsini və anti-Rusiya sanksiyalarına qoşulmasını tələb edəcəyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, "İzvestiya" bu barədə Avropa Parlamentinin deputatı Fernan Kartxayzerə istinadən məlumat yayıb.
Bildirilib ki, əvvəllər Ermənistanla parlament əməkdaşlığı komitəsinin üzvü olmuş deputatın sözlərinə görə, Avropa rəsmiləri İrəvanı Rusiya ilə viza rejimi tətbiq etməyə və sanksiyalara qoşulmağa məcbur etməyə çalışacaqlar.
Kartxayzer iddia edib ki, Avropa İttifaqı Ermənistanı öz geosiyasi maraqları üçün istifadə edir və bu addımların yarada biləcəyi iqtisadi və siyasi nəticələrdən ölkəni qoruya bilməyəcək.
10:57 30.07.2026
Oxunuş sayı: 44