Gürcüstanda elektrik problemi səbəbindən Bakı-Tbilisi qatarı yolda qalıb
Bu gün səhər saatlarında Gürcüstanda Qardabani-Tbilisi dəmir yolu sahəsində elektrik enerjisi təchizatında problem olduğundan Bakı-Tbilisi qatarının hərəkətində gecikmə qeydə alınıb.
"Azərbaycan Dəmir Yolları" QSC-dən Crossmedia.az-a bildirilib ki, problemin həlli yubandığı üçün gözləmək istəməyən sərnişinlərin Qardabanidə düşməsinə şərait yaradılıb.
Qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.
17:10 25.07.2026
Oxunuş sayı: 62