Bakıda iki küçə üçün 23 milyonluq layihə başlayır
Bakının Nərimanov rayonunda yerləşən Təbriz küçəsinin A. Nemətulla küçəsi ilə kəsişməsindən Ə. Ağaoğlu küçəsi ilə kəsişməsinədək olan hissəsində abadlıq-yenidənqurma işləri həyata keçiriləcək.
Crossmedia.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bununla bağlı elan olunan tendering qalibi "Qrand Dizayn Konstrakşn" MMC-dir.
Bunun üçün Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC şirkətə 22 milyon 966 min 964 manat ödəyəcək.
10:50 25.07.2026
Oxunuş sayı: 52