Türkiyə XİN başçısı: Krım Ankara üçün həyati əhəmiyyət daşıyır
Türkiyənin xarici işlər naziri Hakan Fidan Krımın Ankara üçün həm xarici, həm də daxili siyasət baxımından həyati əhəmiyyət daşıdığını bəyan edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, Kiyevdə Ukraynanın xarici işlər naziri Andriy Sibiqa ilə keçirdiyi birgə mətbuat konfransında bildirib ki, genişmiqyaslı müharibənin başlanmasından bəri eskalasiya təhlükəsi hələ də ciddi olaraq qalır. Nazir qeyd edib ki, son dövrlərdə Qara dənizdə təhlükəsizliklə bağlı baş verən hadisələr bu riskləri daha da artırıb.
Hakan Fidan vurğulayıb ki, Qara dənizdə sabitliyin təmin olunması Türkiyənin əsas prioritetlərindən biridir.
Görüş zamanı tərəflər Krım tatarlarının hüquqlarının müdafiəsi və dağıdılmış infrastrukturun bərpası məsələlərini də müzakirə ediblər.
Türkiyə XİN başçısı bildirib ki, Ankara Krım tatarlarının hüquqlarının bərpası istiqamətində mümkün olan bütün səylərini davam etdirəcək.
23:45 17.07.2026
Oxunuş sayı: 51