Hakan Fidan açıqladı: Rusiya və Ukraynada ˝hazırlıq əlamətləri˝ görünür
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və Ukraynanın atəşkəs rejiminin yaradılmasına psixoloji baxımdan hazırlaşdıqlarını göstərən əlamətlərin olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Fidanın sözlərinə görə, Avropada XXI əsrdə davam edən və artıq beşinci ilinə çatan ənənəvi müharibə getdikcə daha dağıdıcı miqyas alır və bunun heç bir əsaslandırması yoxdur.
Türkiyəli nazir münaqişədə eskalasiya dinamikasının narahatedici olduğunu qeyd edib. Onun sözlərinə görə, qarşıdurma zonasının genişlənməsi, xüsusilə kritik infrastruktur obyektlərinin hədəfə alınması və yeni silah növlərinin istifadəsi riskinin artması vəziyyəti daha da gərginləşdirir.
22:28 16.07.2026
Oxunuş sayı: 65