Mikroavtobusun içi partlayıcı ilə örtülmüşdü — Rusiyadan iddia
Kiyev Krım körpüsündə terror aktları hazırlamaq üçün Finlandiya istehsalı partlayıcı maddədən istifadə etməyi planlaşdırıb.
Crossmedia.az xəbər verir ki, “Komsomolskaya Pravda” qəzetinin məlumatına görə, terror aktına hazırlıq zamanı mikroavtobusdan istifadə edilib. İddia olunur ki, nəqliyyat vasitəsinin daxili hissəsi plastilinə bənzər Peno adlı partlayıcı maddə ilə tam örtülüb.
Bildirilib ki, hadisə ilə bağlı məlumatlar Rusiyanın istintaq materiallarına əsaslanır. Ukrayna bu iddialarla bağlı rəsmi açıqlama verməyib.
21:24 16.07.2026
Oxunuş sayı: 59