Yaxın Şərqdə gərginlik artır: Husilər Səudiyyə Ərəbistanını hədələdi
Yəməndəki husilərin lideri Səudiyyə Ərəbistanının üsyançılara qarşı hər hansı aqressiv addım atacağı təqdirdə krallığın neft obyektlərinə zərbələr endirəcəkləri ilə bağlı xəbərdarlıq edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Husilərin rəhbəri bildirib ki, Səudiyyə Ərəbistanının mümkün hərbi müdaxiləsi cavabsız qalmayacaq və neft infrastrukturuna qarşı hücumlar həyata keçirilə bilər.
Açıqlama Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda verilib. Səudiyyə Ərəbistanının neft obyektlərinə mümkün zərbə təhdidi qlobal enerji bazarlarında narahatlıq yarada bilər.
20:16 16.07.2026
Oxunuş sayı: 61