Ermənistan bu dəfə Rusiya deyil ABŞ bazarını seçdi
Ermənistan və ABŞ nümayəndələri erməni kənd təsərrüfatı məhsullarının ABŞ bazarına ixracının genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Görüş iyulun 16-da Vaşinqtonda Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyan və ABŞ Xarici Kənd Təsərrüfatı Xidmətinin rəhbəri Daniel Uitli arasında baş tutub.
Tərəflər Ermənistan istehsalı olan kənd təsərrüfatı məhsullarının Amerika bazarına çıxışının artırılması və ixrac imkanlarının genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Görüş Ermənistanın ixrac istiqamətlərini şaxələndirmək və yeni bazarlara çıxış imkanlarını artırmaq səyləri fonunda keçirilib.
19:56 16.07.2026
Oxunuş sayı: 58