Krımda Rusiya hərbi təyyarəsi hədəf alınıb
Ukraynanın xüsusi təyinatlı Omega bölməsi Rusiyanın Su-24M cəbhə bombardmançısına zərbə endirdiyini və onu məhv etdiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hücum işğal altındakı Krımda yerləşən Saki aviabazasında həyata keçirilib.
Bildirilib ki, təyyarə döyüş tapşırığı üçün hazırlıq mərhələsində olduğu vaxt vurulub.
Hadisə ilə bağlı Rusiya rəsmi açıqlama verməyib.
19:48 16.07.2026
Oxunuş sayı: 54