Google Play-dən Rusiyaya məxsus 17 tətbiq silinib
Google Play mağazasından Rusiyaya məxsus 17 tətbiq silinib. Bundan sonra VK şirkətinin səhmləri 10 faiz dəyər itirib və ucuzlaşma davam edir.
Crossmedia.az xəbər verir ki, Google Play-dən silinən tətbiqlər arasında VKontakte, Mail.ru Poçt, Mail.ru Bulud, Dzen, Odnoklassniki, VK Music, VK Messenger, VK Calls, VK Video, VK Video Live, VK Dating, VK Admin, VK Play, VK Teams, VK Mail, Yula və Marusya yer alır.
Məlumata görə, tətbiqlərin platformadan çıxarılmasının ardından VK şirkətinin səhmləri birjada 10 faiz ucuzlaşıb və eniş tendensiyası davam edir.
04:55 17.07.2026
Oxunuş sayı: 95