Peskov: Rusiyada iqtisadi vəziyyət sabitdir
Kremlin sözçüsü Dmitri Peskov Rusiyada iqtisadi vəziyyətin ümumilikdə sabit olduğunu, mövcud çətinliklərin isə kritik xarakter daşımadığını bildirib.
Crossmedia.az xəbər verir ki, Dmitri Peskovun sözlərinə görə, Rusiyada iqtisadi artımın tempi arzuolunan səviyyədə olmasa da, bu vəziyyət qlobal iqtisadi proseslərlə bağlıdır.
O qeyd edib ki, dünya iqtisadiyyatı hazırda ciddi çətinliklərlə üzləşir və Rusiya da bu proseslərdən kənarda deyil.
Peskov bildirib ki, Prezident Vladimir Putin hökumət üzvləri ilə ölkədəki iqtisadi vəziyyəti mütəmadi olaraq müzakirə edir. Onun sözlərinə görə, iqtisadi göstəricilərin yaxşılaşdırılması və mövcud problemlərin aradan qaldırılması üçün zəruri tədbirlər müəyyənləşdirilir və həyata keçirilir.
16:05 16.07.2026
Oxunuş sayı: 52