Peskov: Rusiya Ukrayna ilə sülh danışıqlarına açıqdır
Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Ukrayna ilə sülh danışıqlarına hazır olduğunu və münaqişənin nizamlanması üçün qərarın Kiyevdən asılı olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Dmitri Peskovun sözlərinə görə, Rusiya Ukrayna ilə sülh danışıqlarına açıq qalır və münaqişənin həlli üçün Kiyevin hansı addımları atmalı olduğu Ukrayna rəhbərliyinə yaxşı məlumdur.
O qeyd edib ki, Ukrayna hökumətində aparılan kadr dəyişiklikləri Moskva üçün prinsipial əhəmiyyət daşımır və bu, Rusiyanın mövqeyinə təsir göstərmir.
Kremlin sözçüsü həmçinin vurğulayıb ki, İran və Ukrayna ətrafındakı vəziyyətləri bir-biri ilə müqayisə etmək düzgün deyil. Onun sözlərinə görə, hər bir münaqişənin özünəməxsus xüsusiyyətləri var və onlar fərqli yanaşma tələb edir.
15:44 16.07.2026
Oxunuş sayı: 60