İstanbulda Ayasofyada İncil oxuyan rusiyalı turistlər saxlanılıb
Türkiyə polisi İstanbuldakı Ayasofya məscidində İncil oxuyan iki Rusiya vətəndaşını saxlayıb.
Crossmedia.az xəbər verir ki, saxlanılanlar Moskvadan gəlmiş ailə cütlüyü – Viktoriya və İqordur.
Məlumata görə, hadisədən sonra onlar Ayasofya məscidindən çıxarılaraq İstanbulun Fatih rayonundakı polis bölməsinə aparılıblar.
Hazırda cütlüyün Arnavutköy rayonunda yerləşən əcnəbilərin saxlanma mərkəzində olduğu və deportasiya olunacağı gözlənilir.
12:14 16.07.2026
Oxunuş sayı: 54