Rusiya Təhlükəsizlik Şurası: NATO və Aİ-nin istifadə etdiyi vasitələr beynəlxalq terrorizm xarakteri alıb
NATO və Avropa İttifaqının istifadə etdiyi vasitələr beynəlxalq terrorizmin radikal formalarını alıb.
Crossmedia.az xəbər verir ki, bu fikirləri Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Yuri Kokov TASS agentliyinə müsahibəsində səsləndirib.
Kokovun sözlərinə görə, NATO və Aİ-nin tətbiq etdiyi üsullar "beynəlxalq terrorizm" anlayışına tam uyğun gəlir.
O bildirib ki, zorakı metodlardan istifadə "anglosakson maliyyə elitaları" üçün adi praktikaya çevrilib və onların rifahı tarixən "başqa ərazilərin işğalı, talan, müstəmləkəçilik və qul ticarəti" üzərində qurulub.
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini əlavə edib ki, həmin qüvvələr həm daxili münaqişələrin həllində, həm də xarici təsir dairəsini genişləndirmək üçün zorakılıqdan istifadə etməkdən çəkinməyiblər.
Kokov həmçinin xatırladıb ki, 1992-ci ildə Maastrixt müqaviləsi ilə yaradılan Avropa İttifaqının əsas məqsədləri sülhün, xalqların rifah və bərabərliyinin təşviqi, davamlı inkişaf, yüksək sosial müdafiə səviyyəsi, eləcə də beynəlxalq hüquq və BMT Nizamnaməsinin prinsiplərinə hörmət idi.
Qeyd edək ki, bu məlumat yalnız Rusiya rəsmisinin bəyanatına əsaslanır və qarşı tərəfin mövqeyini əks etdirmir.
09:28 16.07.2026
Oxunuş sayı: 50