Ukrayna baş nazirinin istefasının səbəbi açıqlanıb
Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı Vasili Prozorov Baş nazir Yuliya Sviridenkonun vəzifəsini tərk etməsinin arxasında Qərbin dayandığını iddia edib.
Crossmedia.az xəbər verir ki, bu barədə o, TASS agentliyinə müsahibəsində bildirib.
Prozorovun sözlərinə görə, Sviridenkonun istefası siyasi dəyişikliklərlə deyil, maliyyə maraqları ilə əlaqədardır.
O bildirib ki, Qərb ölkələri Ukraynanı maliyyələşdirdikləri üçün Kiyevdə kadr qərarlarına da təsir göstərirlər.
Prozorov iddia edib ki, Qərb sponsorları Ukrayna Prezidenti Volodimir Zelenskiyə Milli Antikorrupsiya Bürosunun (NABU) Sviridenko ilə bağlı topladığı kompromat vasitəsilə təzyiq göstərərək onun vəzifədən uzaqlaşdırılmasına nail olublar.
Qeyd edək ki, Prozorovun səsləndirdiyi iddialarla bağlı Ukrayna hakimiyyəti və ya Qərb rəsmiləri hələlik rəsmi açıqlama verməyiblər.
14:44 13.07.2026
Oxunuş sayı: 66