Gürcüstanın Telavi şəhərində güclü daşqın: yollar və körpülər dağılıb
Gürcüstanın Kaxeti bölgəsində yerləşən Telavi şəhərində güclü yağışlar nəticəsində Telavisxevi çayı məcrasından çıxaraq daşqına səbəb olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
Məlumata görə, təbii fəlakət nəticəsində şəhərin mərkəzi küçələri, yaşayış binalarının birinci mərtəbələri, ticarət obyektləri və apteklər su altında qalıb.
Fövqəladə Hallar Xidmətinin əməkdaşları daşqın baş verən ərazilərdən sakinləri təxliyə ediblər.
Rəsmi məlumata əsasən, torpaq sürüşmələri avtomobil yolunu və iki piyada körpüsünü dağıdıb, həmçinin elektrik xətləri, qaz kəmərləri və su təchizatı sisteminə ziyan dəyib.
Hazırda ərazidə palçıq və daşların təmizlənməsi, eləcə də dəyən ziyanın qiymətləndirilməsi istiqamətində işlər davam etdirilir.
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
17:55 12.07.2026
Oxunuş sayı: 73