Türkiyəli alim tərdən enerji alan batareya hazırlayıb
Türkiyəli alim yeni nəsil batareyanın yaradılmasına töhfə verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bu batareya insan tərindən və dərinin nəmliyindən enerji əldə etmək qabiliyyətinə malikdir.
Məlumata görə, Nəcməddin Ərbakan Universitetinin Mühəndislik fakültəsinin professoru Bünyamin Şahin bu innovativ layihənin hazırlanmasında iştirak edib.
Hazırlanan texnologiyanın taxıla bilən tibbi cihazlarda istifadəsi nəzərdə tutulur. Bildirilir ki, bu yenilik gələcəkdə tez-tez dəyişdirilməyə və ya doldurulmağa ehtiyac olmayan, sağlamlıq göstəricilərini davamlı izləyə bilən avtonom sistemlərin yaradılmasına imkan verə bilər.
00:10 12.07.2026
Oxunuş sayı: 66