Marin Le Pen prezident seçkiləri ilə bağlı sorğularda liderdir
Fransanın sağçı "Milli Birlik" Partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen 2027-ci il prezident seçkiləri ilə bağlı ictimai rəy sorğularında inamla birinci yerdə qərarlaşıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "BFMTV" "OpinionWay" şirkətinin sorğusuna istinadən məlumat yayıb.
Sorğunun nəticələrinə əsasən, əgər Fransada prezident seçkiləri yaxın həftəsonu keçirilsəydi, Marin Le Pen birinci turda seçicilərin 34-36 faizinin səsini qazanardı.
Bildirilir ki, siyasətçinin namizədliyini rəsmən irəli sürməsi onun reytinqinin yüksəlməsinə müsbət təsir göstərib.
"OpinionWay" şirkətinin sədr müavini Bryuno Janbar "Les Échos" nəşrinə açıqlamasında bildirib:
"Əsas hadisə Marin Le Penin namizədliyini irəli sürməsi oldu, məhkəmə hökmü yox."
Sorğuya əsasən, ikinci yeri Fransanın keçmiş baş naziri və Havr şəhərinin meri, "Horizons" Partiyasının lideri Eduar Filipp tutacaq.
16:56 10.07.2026
Oxunuş sayı: 51