Misir də LGBTQ+ kruiz gəmisinin İsgəndəriyyə limanına girişinə icazə verməyib
Misir hakimiyyəti "The Scarlet Lady" kruiz gəmisinin İsgəndəriyyə limanına daxil olmasına icazə verməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, gəmidə "Atlantis Events" şirkətinin təşkil etdiyi LGBTQ+ turunda iştirak edən təxminən 2 min turist var.
Bundan əvvəl kruiz gəmisinin Türkiyə limanlarından birinə girişinə də icazə verilməmişdi. Türkiyə tərəfi qərarı sərnişinlərin "ölkənin mənəvi dəyərlərinə uyğun gəlməməsi" ilə əsaslandırmışdı.
Bildirilib ki, "The Scarlet Lady" İsgəndəriyyə əvəzinə marşrutunu dəyişərək Monteneqronun Kotor şəhərinə yollanacaq.
15:53 10.07.2026
Oxunuş sayı: 48