Röpke: Ukrayna ilk yerli "Patriot" raketini əldə edənədək Rusiya 1400 "İskəndər-M" buraxa bilər
Hərbi icmalçı Yulian Röpke hesab edir ki, Ukrayna ilk yerli istehsal olan "Patriot" zenit-raket kompleksinin ələkeçirici raketini əldə edənədək Rusiya ölkəyə təxminən 1400 "İskəndər-M" qısamənzilli ballistik raketi buraxa bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib.
Yulian Röpke hesablamasının Rusiya raket istehsalının mövcud tempi və Ukraynada "Patriot" sistemləri üçün yerli ələkeçirici raketlərin istehsalına başlanacağı gözlənilən vaxta əsaslandığını bildirib.
Qeyd edək ki, bu rəqəm hərbi icmalçının şəxsi hesablamasıdır və rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.
17:22 10.07.2026
Oxunuş sayı: 51