800-dən çox gəmi Hörmüz boğazından ABŞ-nin dəstəyi ilə keçib
ABŞ Mərkəzi Komandanlığı may ayının əvvəlindən etibarən 800-dən çox ticarət gəmisinin və 380 milyon barel xam neftin Hörmüz boğazından təhlükəsiz keçidinə dəstək verdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Komandanlığın X hesabında paylaşım edilib.
Bildirilib ki, ABŞ qüvvələri mayın əvvəlindən bəri 800-dən çox ticarət gəmisinin və ümumilikdə 380 milyon barel xam neftin təhlükəsiz daşınmasına yardım göstərib.
Komandanlıq eyni zamanda İran dövlət mediasında yer alan, guya Hörmüz boğazından keçən ticarət gəmilərinin yalnız Tehran tərəfindən təsdiqlənmiş marşrutla hərəkət edə biləcəyi barədə iddiaları təkzib edib.
Komandanlıq vurğulayıb ki, İran Hörmüz boğazına nəzarət etmir.
17:36 10.07.2026
Oxunuş sayı: 46