Zelenski: Çin Rusiyanı nüvə silahından istifadə etməməyə çağırıb
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Çin Rusiyaya nüvə silahından istifadənin yolverilməz olduğu barədə xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Zelenski Avropa tərəfdaşlarına istinadən açıqlama verib.
Onun sözlərinə görə, Rusiya mediasında səsləndirilən nüvə zərbəsi ilə bağlı təhdidlərdən sonra Pekin Moskvaya sərt siqnal göndərərək nüvə silahının tətbiqinin qəbuledilməz olduğunu bildirib.
Volodimir Zelenski həmçinin ABŞ Prezidenti Donald Trampla Çinin rolu ilə bağlı müzakirə apardığını açıqlayıb. O, danışıqların məzmunu barədə əlavə məlumat verməyib.
17:26 10.07.2026
Oxunuş sayı: 43