KİV: Türkiyə "S-400" sistemlərinin istismardan çıxarılması üçün Rusiyanın razılığını almağa çalışır
Türkiyə ABŞ istehsalı olan "F-35" qırıcılarının alınmasına yol açmaq məqsədilə "S-400" hava hücumundan müdafiə sistemlərinin üçüncü ölkəyə verilməsi ilə bağlı Rusiyanın razılığını almağa çalışır.
Crossmedia.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Nəşrin məlumatına görə, Ankara "S-400" sistemlərinin istismardan çıxarılması və ya üçüncü ölkəyə ötürülməsi variantını nəzərdən keçirir. Bu addımın Türkiyənin "F-35" proqramına qayıtması üçün əsas maneələrdən birini aradan qaldıra biləcəyi qeyd olunur.
Hələlik Moskva və Ankara bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib. ABŞ tərəfi də "F-35" proqramı ilə bağlı mümkün qərarlar barədə mövqeyini açıqlamayıb.
Qeyd edək ki, bundan əvvəl S-400 zenit-raket komplekslərini Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və ya Qətərə satdığı iddia olunmuşdu.
16:12 10.07.2026
Oxunuş sayı: 42