Türkiyə NATO-nun hərbi maliyyə bankına qoşulmayacaq
Türkiyə Ukrayna ilə bağlı hərbi layihələrin maliyyələşdirilməsi üçün yaradılması planlaşdırılan NATO-nun "DSRB" bankında iştirak etməyəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.
Məlumata görə, qərar Türkiyənin aidiyyəti dövlət qurumlarının apardığı strateji və texniki qiymətləndirmələr əsasında qəbul olunub.
Bildirilib ki, "DSRB" bankının yaradılmasında əsas məqsəd Ukrayna ilə bağlı hərbi layihələrin maliyyələşdirilməsi üçün 134 milyard ABŞ dollarınadək vəsait cəlb etməkdir.
Türkiyə tərəfi qərarın səbəbləri ilə bağlı əlavə təfərrüat açıqlamayıb.
17:08 10.07.2026
Oxunuş sayı: 46