İran: İnfrastrukturumuza hücum olarsa, İsrailə zərbə endirəcəyik
İran ölkənin infrastrukturuna qarşı həyata keçiriləcək istənilən hücuma cavab olaraq İsrail ərazisinə zərbələr endirəcəyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə İran rəsmilərinin açıqlamasında bildirilib.
Bəyanatda qeyd olunub ki, İranın mülki və strateji infrastrukturuna qarşı istənilən hücum cavabsız qalmayacaq və buna adekvat şəkildə İsrail hədəflərinə zərbələrlə cavab veriləcək.
İran tərəfi belə addımların bölgədə vəziyyəti daha da gərginləşdirəcəyi barədə xəbərdarlıq edib.
17:11 10.07.2026
Oxunuş sayı: 60