"Ərzaq təminatı xəritəsi" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib
Nazirlər Kabineti "Ərzaq təminatı xəritəsi" informasiya sistemi haqqında Əsasnamə"ni təsdiq edib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, İqtisadiyyat Nazirliyi "Ərzaq təminatı xəritəsi" informasiya sisteminin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməlidir.
Bundan başqa, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət
Xidməti bu Qərarın 1-ci hissəsi nəzərə alınmaqla, "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirləri həyata keçirməlidir.
17:45 10.07.2026
Oxunuş sayı: 44