Netanyahunun oğlu adını dəyişib
İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu rəsmi adını dəyişərək Yonatan Hon edib.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.
Məlumata görə, ad dəyişikliyi rəsmi qaydada rəsmiləşdirilib və bundan sonra o, hüquqi sənədlərdə Yonatan Hon adı ilə qeyd olunacaq.
Yair Netanyahu və ya ailəsi ad dəyişikliyinin səbəbi ilə bağlı hələlik açıqlama verməyib.
16:08 10.07.2026
Oxunuş sayı: 57