ABŞ-nin "Qiyamət günü təyyarələri" uzun illər xidmətdə qalacaq
ABŞ Hərbi Dəniz Qüvvələrinin "Qiyamət günü təyyarələri" kimi tanınan xüsusi təyinatlı hava komanda məntəqələri uzun illər istismarda qalacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələri mövcud təyyarələrin modernləşdirilməsi və texniki xidmətinin davam etdirilməsi hesabına onların uzun müddət döyüş hazırlığında saxlanılmasını planlaşdırır.
Bu təyyarələr nüvə müharibəsi və digər fövqəladə vəziyyətlər zamanı ölkənin ali hərbi-siyasi rəhbərliyi üçün havada komanda-idarəetmə mərkəzi funksiyasını yerinə yetirir. Onların əsas vəzifəsi hər hansı böhran şəraitində Silahlı Qüvvələrin fasiləsiz idarə olunmasını təmin etməkdir.
16:23 10.07.2026
Oxunuş sayı: 54