Riçard Haass: ABŞ İranla qarşıdurmada strateji çıxılmaz vəziyyətə düşüb
ABŞ-nin bir neçə administrasiyasında çalışmış keçmiş diplomat Riçard Haass Vaşinqtonun İranla qarşıdurmada "strateji çıxılmaz vəziyyət"ə düşdüyünü bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə o, "The New York Times" nəşrinə müsahibəsində danışıb.
Riçard Haassın sözlərinə görə, ABŞ İrana nə qədər çox zərbə endirirsə, Tehran da Fars körfəzi bölgəsindəki neft infrastrukturuna hücumlarını bir o qədər artırır. O bildirib ki, Tramp administrasiyası bu obyektlərin müdafiəsini hələ də effektiv şəkildə təşkil edə bilməyib.
Keçmiş diplomat qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp əvvəlcə bombardmanlar vasitəsilə İranda hakimiyyət dəyişikliyinə nail olacağına, daha sonra isə Tehranı təslim olmağa məcbur edəcəyinə ümid edirdi.
Haassın fikrincə, bu strategiyaların heç biri gözlənilən nəticəni verməyib.
17:32 10.07.2026
Oxunuş sayı: 44