Bakıda arvadını və özünü güllələyən kişinin vəziyyəti açıqlandı - Sorğu
Kliniki Tibb Mərkəzə hospitalizasiya olunan 1983-cü il təvəllüdlü şəxsin (kişi) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Bu barədə Crossmedia.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. Məlumatda qeyd olunub ki, gözün dağılmış yarası və kəllədaxili travma diaqnozları təyin edilən pasiyentin vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, ötən gün Bakıda kişi keçmiş həyat yoldaşının güllələyərək qətlə yetirib, daha sonra özünə atəş açıb, ağır yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Ayhan
14:16 10.07.2026
Oxunuş sayı: 52