İsveçin Rusiyadakı səfiri XİN-ə çağırılıb
İsveçin Rusiyadakı səfiri Anna Kristina Tereza Yohannesson Rusiya Xarici İşlər Nazirliyinə gedib.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Məlumata görə, diplomat Stokholmdakı Rusiya səfirliyinə edilən hücumla əlaqədar Rusiya XİN-ə çağırılıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova səfirin nazirliyə çağırıldığını açıqlamışdı.
Zaxarovanın sözlərinə görə, görüş zamanı İsveç tərəfinə Vyana Konvensiyası çərçivəsində diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunması ilə bağlı öhdəlikləri və Stokholmun daha əvvəl verdiyi təminatlar xatırladılacaq.
15:15 06.07.2026
Oxunuş sayı: 54