Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ermənistana səfər edib
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ermənistana səfər edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Report agentliyinə Brüsseldəki Aİ xüsusi nümayəndəsinin ofisindən məlumat verilib.
Məlumata görə, Qrononun səfər çərçivəsində Ermənistanın rəsmi şəxsləri ilə görüşlər keçirməsi gözlənilir.
Səfərin proqramı ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.
Qeyd edək ki, Maqdalena Qrono bundan əvvəl Azərbaycanda səfərdə olub.
14:28 06.07.2026
Oxunuş sayı: 60