Güclü yağış və külək Qaxda bir sıra fəsadlara yol açıb
Güclü yağış və külək Qaxda bir sıra fəsadlara yol açıb.
Crossmedia.az xəbər verir ki, bu gün səhər saatlarından etibarən leysan xarakterli yağış və güclü külək nəticəsində rayonun Marsan kəndində, avtomobil yolunun kənarında ağaclar və elektrik dirəkləri aşıb, bəzi tikililərin dam örtüyü uçub, kəndə elektrik enerjisinin verilişi dayandırılıb.
Hazırda rayonda qeyri-sabit hava şəraiti davam edir. Aidiyyəti qurumların əməkdaşları işlər aparırlar.(Report)
13:36 06.07.2026
Oxunuş sayı: 61