UEFA FIFA-nın Baloqun qərarına etiraz edəcək – Politico
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) FIFA-nın ABŞ millisinin hücumçusu Folarin Baloqunun diskvalifikasiyasını müvəqqəti dayandırması qərarına cavab verməyə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.
Məlumata görə, UEFA-nın FIFA-nın qərarını pisləyən Belçika Kral Futbol Assosiasiyasını (RBFA) dəstəkləyəcəyi gözlənilir.
Nəşrin iddiasına əsasən, UEFA-nın vitse-prezidentlərindən biri anonim qalmaq şərti ilə baş verənləri "tam biabırçılıq" adlandırıb.
Bundan əvvəl RBFA-nın FIFA-nın Folarin Baloqunun diskvalifikasiyasının icrasını dayandırmaq qərarından apellyasiya şikayəti verməyi nəzərdən keçirdiyi bildirilmişdi. Assosiasiyanın bu qərardan təəccübləndiyi qeyd olunub.
12:14 06.07.2026
Oxunuş sayı: 72