Bu ilin altı ayında meyit donordan 30-a yaxın transplantasiya əməliyyatı icra edilib
Azərbaycanda yanvar-iyun aylarında meyit donorlardan götürülən orqan və toxumalar hesabına 30-a yaxın transplantasiya əməliyyatı icra edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verib.
Bildirilib ki, bu transplantasiyalar çərçivəsində böyrək, qaraciyər, ürək və buynuz qişa köçürülməsi uğurla həyata keçirilib.
Həmçinin bu ilin ilk altı ayında ölkədə ümumilikdə 130-dan çox orqan və toxuma transplantasiyası həyata keçirilib. Bu əməliyyatların 60-a yaxını böyrək, 30-a yaxını qaraciyər, 20-dən çoxu sümük iliyi, 25-ə yaxını isə buynuz qişa transplantasiyası olub.
10:40 06.07.2026
Oxunuş sayı: 58