Netanyahu Trampın iddialarını təkzib etdi
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın İsrailin Livandakı hərbi əməliyyatlarına müdaxilə etdiyi barədə yayılan xəbərləri təkzib edib.
Xarici KİV-ə istinadən Crossmedia.az xəbər verir ki, Netanyahu Livan ərazisindəki terror tunellərinə zərbələrdən imtina olunmasını Trampın tələb etdiyi barədə mediada yayılan məlumatları saxta xəbərlər adlandırıb.
Baş nazir bildirib ki, bu məsələ ilə bağlı Donald Trampla heç bir danışıq aparmayıb.
Netanyahu əlavə edib ki, İsrail hərbi qərarlarını qəbul edərkən yalnız öz təhlükəsizlik maraqlarını və strateji mülahizələrini rəhbər tutur.
18:57 05.07.2026
Oxunuş sayı: 58