Norveç Ukraynaya raket tədarükü ilə bağlı iddiaları təkzib etdi
Norveç Müdafiə nazirinin müavini Andreas Flom ölkəsinin Ukraynaya raket tədarükü ilə bağlı öhdəlik götürdüyünə dair məlumatları təkzib edib.
Crossmedia.az xəbər verir ki, bu barədə VG nəşri məlumat yayıb.
Bəyanat bəzi KİV-lərdə Norveçin Ukrayna üçün 200 raketin alınmasını maliyyələşdirməyə zəmanət verdiyi, lakin Ukrayna tərəfinin iddiasına görə, bu raketlərin tədarük edilmədiyi barədə yayılan xəbərlərə cavab olaraq səsləndirilib.
"Norveçin raketlərin tədarükü və ödənişini öz üzərinə götürdüyü barədə iddia doğru deyil", – deyə Andreas Flom bildirib.
Nazir müavini qeyd edib ki, daha düzgün ifadə Norveçin Ukraynanın raketləri satın ala biləcəyi təqdirdə hava hücumundan müdafiə raketlərinin maliyyələşdirilməsinə hazır olduğunu bildirməsidir.
Flom əlavə edib ki, hazırda dünya bazarında bu məhsulun ümumi çatışmazlığı səbəbindən hava hücumundan müdafiə raketlərinin alınması çətinləşib.
18:07 05.07.2026
Oxunuş sayı: 54