Avropada anomal istilər kondisioner qıtlığı yaradıb
Avropada müşahidə olunan anomal isti hava şəraiti kondisionerlərə tələbatı kəskin artırıb və bir sıra ölkələrdə anbar ehtiyatlarının tükənməsinə səbəb olub.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Almaniya və Fransa da daxil olmaqla bir sıra Avropa ölkələrində iqlim avadanlıqlarına artan tələbat səbəbindən pərakəndə satış şirkətləri Türkiyə istehsalçılarına təcili sifarişlər göndəriblər.
17:22 05.07.2026
Oxunuş sayı: 55