Ərdoğan: İsrail ABŞ-İran razılaşmasını pozmamalıdır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdə davamlı sülhün region ölkələrinin dəstəyi olmadan mümkün olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Ərdoğan qeyd edib ki, İsrailin ABŞ ilə İran arasında əldə olunan razılaşmanı pozmasına imkan verilməməlidir.
Türkiyə Prezidenti, həmçinin İsrail hökumətinin ABŞ və İran arasında əldə olunmuş razılaşmanı zəiflətməyə və onun həyata keçirilməsinə mane olmağa çalışdığını iddia edib.
17:09 05.07.2026
Oxunuş sayı: 65