Slovakiyada Robert Fitso ilə bağlı referendum baş tutmadı
Slovakiyada Baş nazir Robert Fitsonun ömürlük dövlət ödənişlərindən məhrum edilməsini nəzərdə tutan referendum seçici fəallığının aşağı olması səbəbindən etibarsız sayılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Slovakiyanın "TASR" agentliyi məlumat yayıb.
Məlumata görə, səsvermədə seçicilərin təxminən 15 faizi iştirak edib. Halbuki referendumun hüquqi qüvvəyə minməsi üçün seçki hüququ olan vətəndaşların 50 faizdən çoxunun səsverməyə qatılması tələb olunurdu.
Buna görə də referendum baş tutmamış hesab edilib və onun nəticələri hüquqi qüvvə qazanmayıb.
16:48 05.07.2026
Oxunuş sayı: 57