Fransa Aİ-nin 16,2 milyard avroluq müdafiə kreditindən kənarda qaldı
Fransa Avropa İttifaqının müdafiə sahəsi üzrə 16,2 milyard avroluq kreditindən özünün irəli sürdüyü sərt meyarlar səbəbindən yararlana bilməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Məlumata görə, Paris müdafiə məhsullarının dəyərinin ən azı 65 faizinin Avropa İttifaqı ölkələrində istehsal olunmasını tələb edib.
Lakin həmin meyar Fransanın Böyük Britaniya tərəfdaşlarının iştirak etdiyi müdafiə layihələrinə də şamil olunub. Nəticədə bu layihələr Aİ-nin maliyyələşdirmə proqramının şərtlərinə uyğun hesab edilməyib və Fransa 16,2 milyard avroluq kreditdən yararlana bilməyib.
16:36 05.07.2026
Oxunuş sayı: 57