Ukrayna Konstantinovkanın nəzarətə götürülməsi iddiasını təkzib edib
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Konstantinovka şəhərini ələ keçirməsi ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Məlumata görə, Ukrayna hərbçiləri şəhərin müxtəlif nöqtələrindən videogörüntülər paylaşaraq Konstantinovkanın hələ də Ukrayna Müdafiə Qüvvələrinin nəzarətində olduğunu bildiriblər.
Məlumata görə. Rusiya diversiya-kəşfiyyat qruplarının şəhərə daxil olmaq cəhdlərinin qarşısı alınır və qarşı tərəf itkilər verir.
16:08 05.07.2026
Oxunuş sayı: 72