Premier Liqa təmsilçisi də Krist Oulaye uğrunda mübarizəyə qoşuldu
“Trabzonspor”un fildişi sahilli futbolçusu Krist Oulaye uğrunda Avropa klubları arasında rəqabət getdikcə artır. Gənc hücumçu milli komandanın heyətində Dünya Çempionatında nümayiş etdirdiyi uğurlu oyunla bir sıra tanınmış klubların diqqətini cəlb edib.
Crossmedia.az “Haber Global” a istinadən xəbər verir ki, İtaliya A Seriyası təmsilçisi “Fiorentina” da futbolçunu transfer etmək istəyən klublar sırasına qoşulub. Bildirilir ki, “Trabzonspor” əvvəlcə oyunçu üçün 25-30 milyon avro həcmində transfer haqqı nəzərdə tutsa da, sonradan tələblərini artırıb.
İngiltərə Premyer Liqasında çıxış edən “Everton” da Krist Oulayeni transfer etmək üçün təşəbbüslərini gücləndirib. Xəbərdə qeyd olunur ki, futbolçu hazırda “Trabzonspor”da illik 500 min avro əməkhaqqı alır.
Məlumata görə, Türkiyə klubu Oulaye ilə maraqlanan komandalardan minimum 40 milyon avro transfer haqqı tələb edir. Rəhbərlik bu məbləğdən aşağı təqdim olunacaq təklifləri nəzərdən keçirməyi planlaşdırmır.
12:13 05.07.2026
Oxunuş sayı: 72