Sakinlərin tapdığı dron ölkədə həyacan siqnalı verdi
Türkiyənin Qara dəniz sahilində hərbi təyinatlı olduğu ehtimal edilən pilotsuz uçuş aparatı qəzaya uğrayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.
Məlumata görə, pilotsuz aparat Türkiyənin şimalındakı Filyos qəsəbəsinin sakinləri tərəfindən aşkarlanıb.
Hadisə yerinə çoxsaylı hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən kəşfiyyat və partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə xüsusi qruplar cəlb olunub.
Hazırda aparatın mənşəyi və hansı məqsədlə istifadə edildiyi araşdırılır.
10:56 05.07.2026
Oxunuş sayı: 65