Vens: Altı baş nazir hər şeyi göstərir – Britaniyada sistem çökür
ABŞ-in vitse-prezidenti Cey Di Vens Böyük Britaniyada siyasi sistemin ciddi problemlərlə üzləşdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, "The Times" nəşrinə müsahibəsində Vens son illərdə Böyük Britaniyada baş nazirlərin tez-tez dəyişməsini buna sübut kimi göstərib.
“Son bir neçə ildə altı baş nazir gördüm. Bu isə mənə onu göstərir ki, Britaniya siyasətində nələrsə ciddi şəkildə pozulub və insanlar əhəmiyyətli struktur dəyişiklikləri tələb edirlər”, – deyə ABŞ vitse-prezidenti bildirib.
10:45 05.07.2026
Oxunuş sayı: 68