Zelenskinin Odessa səfəri: Pilotsuz sistemlərin döyüşdə tətbiqi genişləndirilir
Ukrayna Prezidenti Volodimir Zelenski Odessa vilayətinə səfəri çərçivəsində Hərbi Dəniz Qüvvələrinin komandanlığının fəaliyyəti ilə tanış olub və hərbi rəhbərliklə müşavirə keçirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Görüş zamanı pilotsuz uçuş aparatları və raket hücumlarından müdafiənin gücləndirilməsi məqsədilə hava hücumundan müdafiə sisteminin imkanlarının artırılması məsələləri müzakirə olunub.
Tərəflər həmçinin helikopter parkının genişləndirilməsi, Neptun qanadlı raketlərinin, Harpoon raket komplekslərinin və ən müasir pilotsuz sistemlərin döyüş tapşırıqlarında tətbiqi perspektivlərini nəzərdən keçiriblər.
01:13 05.07.2026
Oxunuş sayı: 49