Tramp: Netanyahu rəhbərin kim olduğunu bilir
ABŞ-nin prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə münasibətlərinə dair diqqətçəkən açıqlama verib.
Crossmedia.az xəbər verir ki, Tramp ˝Axios˝-a verdiyi müsahibədə Netanyahu ilə yaxşı münasibətdə olduğunu bildirib və deyib ki, çox yaxşı yola gedirlər. O, burada kimin rəhbər olduğunu bilir ifadəsini işlədib. Tramp bu sözlərlə özünü nəzərdə tutduğunu vurğulayıb.
Onun bu açıqlaması siyasi dairələrdə geniş müzakirələrə səbəb olub.
23:28 04.07.2026
Oxunuş sayı: 59