Tramp: Mətbuat bunu eşitsə çılğına dönər
ABŞ Prezidenti Donald Tramp Ağ evdə sələfləri ilə birlikdə Amerika futbolu matçını izləmək ehtimalını istisna etməyib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə ABŞ-nin ikinci xanımı Uşa Vensin podkastında danışıb.
O, Ağ evə ABŞ-nin keçmiş prezidentləri Corc Buş, Barak Obama və Co Baydeni dəvət edərək birlikdə futbol matçına baxa biləcəyini bildirib.
"Bəlkə Barak Hüseyn Obamanı, Co Baydeni, Buşları və ya Corc Buşu futbol matçını birlikdə izləməyə dəvət edim? Ola bilsin ki, bunu edim", – deyə Tramp bildirib.
ABŞ prezidenti əlavə edib ki, belə bir görüş yaxşı hekayə olar və mətbuat buna görə çılğına dönər.
17:04 04.07.2026
Oxunuş sayı: 47