Türkiyədə gənə dişləməsindən ölənlərin sayı artır
Türkiyənin Sivas və Tokat vilayətlərində gənələrin yaydığı virus səbəbindən daha altı nəfər həyatını itirib.
Crossmedia.az xəbər verir ki, ölənlərdən biri Tokat vilayətinin Artova rayonunun Poyrazalan kəndində yaşayan 60 yaşlı heyvandardır.
Məlumata görə, yüksək hərarət şikayəti ilə xəstəxanaya müraciət edən kişiyə ilkin müalicə təyin edilsə də, nəticə verməyib. Daha sonra o, Sivasdakı tibb müəssisəsinə köçürülüb və burada ona Krım-Konqo hemorragik qızdırması (KKHQ) diaqnozu qoyulub. Həkimlərin səylərinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.
Araşdırma zamanı məlum olub ki, kişi gənəni özbaşına çıxarmağa cəhd edib. Bu isə ağır fəsadların yaranmasına və xəstəliyin inkişafına səbəb olub.
Hazırda Sivas bölgəsində ilin əvvəlindən bəri gənə dişləməsi ilə əlaqədar ölənlərin sayı altıya çatıb. Yerli hakimiyyət orqanları Krım-Konqo hemorragik qızdırması virusunun yayılması ilə əlaqədar vətəndaşları ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırır.
16:37 04.07.2026
Oxunuş sayı: 54