Ukraynanın Rusiya üzərində üstünlük qazandığı bildirilir
Ukrayna pilotsuz uçuş aparatları və süni intellekt texnologiyalarının inkişafı sayəsində Rusiya üzərində texnoloji üstünlük əldə edib.
Crossmedia.az xəbər verir ki, bunu Slovakiyalı xarici siyasət eksperti Aleksandr Duleba bu barədə EUobserver nəşrinə müsahibəsində deyib.
Dulebanın sözlərinə görə, Ukraynanın Moskva Neft Emalı Zavoduna son hücumu simvolik olmaqla yanaşı, Rusiyanın neft emalı infrastrukturunu sıradan çıxarmağa yönəlmiş uzunmüddətli kampaniyanın tərkib hissəsidir.
Ekspert bildirib ki, may və iyun aylarında Ukrayna qüvvələri ümumi illik emal gücü təxminən 83 milyon ton olan yeddi iri Rusiya neft emalı zavodunun fəaliyyətini tam dayandırmağa nail olub. Onun sözlərinə görə, bu, Rusiyanın ümumi neft emalı gücünün təxminən üçdə birinə bərabərdir.
Duleba qeyd edib ki, Ukraynanın pilotsuz uçuş aparatları artıq dövlət sərhədindən 2 min kilometrədək məsafədə yerləşən hədəfləri vura bilir və bunun müharibənin xarakterini dəyişdirdiyini bildirib.
O, həmçinin iddia edib ki, bu hücumlar nəticəsində Rusiyada yanacaq qıtlığı yaranıb. Ekspertin sözlərinə görə, ölkənin yarıdan çox regionunda benzin satışına məhdudiyyətlər tətbiq edilib, işğal altında olan Krımda isə yanacaq satışı müvəqqəti dayandırılıb.
11:31 04.07.2026
Oxunuş sayı: 68